среда, 9 апреля 2014 г.

Metalların növləri.

Hər gün biz çoxlu sayda metal əşyadan- məişət və mətbəx avadanlığından,elektrik cihazlarından və s.istifadə edirik. Velosipedlər,təyyarələr avtomobil kuzovları,mühərriklər,cürbəcürdəzgahlar bütün bunların əsəs hissələri metaldan hazırlanır.Metalların- möhkəmlik, bərklik, istiyə davamlılıq və s.bu kimi üstün xüsusiyyətləri var.Onları inşaat işlərində,əməkalətlərinin və məişət əşyalarının hazırlanmasında əvəz olunmaz edir.


Qalınlığı 2mm-ə qədər olan metal vərəqlərinə nazik təbəqə metal deyilir.Metal pəstahı hissələrə ayırmaq,detalda qanovcuqlaraçmaq,çıxıntıları götürmək və s.çapma yolu ilə icra olunur.Bu əməliyyatlara qələm və çəkic vasitəsilə yerinə yetirilir.Metallar yeyələr vasitəsilə yeyələnir.Yeyələmə metal e;malının ən çox
yayılmış üsulu olub onun səthini yonmaq deməkdir.Nişanlanma nazik təbəqə metalın səthində nişanlayıcı alət və ləvazimatların vasitəsilə xətt çəkməlidir.

Nişanlama ülgü vasitəsilə də aparıla bilər.Nazik təbəqə metal çilingərin əl qayçısı vasitəsilə kəsilir.

Комментариев нет:

Отправить комментарий